“Qrasshopper”in formasını geyinən Renat Dadaşov AÇ-2024-ün seçmə mərhələsinin qarşıdakı oyunlarında forma geyinməyə bilər.
Bu, o anlama gəlməsin ki, gənc hücumçunun millinin baş məşqçisi Canni De Byazi ilə problemi yaranıb.
Belə bir şey yoxdur və italiyalı çalışdırıcı İsveçrə klubunun forvardının xidmətində maraqlıdır.
Məsələ ondadır ki, Dadaşovun AFFA vasitəsilə əldə etdiyi xarici pasportun istifadə müddəti bitib. O, bununla bağlı federasiyanı məlumatlandırıb.
Qurum 2 aydan artıqdır ona yeni xarici pasport almağa çalışır, di gəl, hələ də buna müvəffəq olmayıb.
Müvafiq dövlət orqanları AFFA-nın sorğusuna müsbət cavab verməyə tələsmir.
SPORTİNFO.AZ

