Millimiz ərəblərə uduzdu

31 İyul 2023 03:00 Milli komanda 550
Millimiz ərəblərə uduzdu

Bakıda təlim-məşq toplanışını başa vuran çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı ilə qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə nəticələnib.

Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Səudiyyə Ərəbistanı komandası yekunda 5:4 hesabı ilə qələbə qazanıb.

Comərd Baxşəliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını Bayram Paşazadə və Fuad Hüseynov vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti