Millini bura kim qaytardı? - O, sinəsini irəli verdi, SOCAR kömək oldu, nazir razılşadı

28 İyul 2023 14:00 Milli komanda 1 395
Millini bura kim qaytardı? - O, sinəsini irəli verdi, SOCAR kömək oldu, nazir razılşadı

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

Qarşılaşma oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq və saat 20:00-da başlayacaq.

F qrupunda yer alan yığmamız ilk 3 oyunda 1 xal toplayıb.

Canni De Byazinin çalışdırdığı komandamız I turda səfərdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabıyla məğlub olub. Estoniya ilə Mərdəkandakı «Dalğa Arena»da baş tutan görüş isə 1:1 bitib.

Millimiz sonuncu dəfə 2017-ci il iyunun 11-də «Tofiq Bəhramov»da meydana çıxıb. DÇ-2018-in seçmə mərhələ oyunu çərçivəsində təşkil olunmuş matçda komanda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzmuşdu.

Yığmanın mərkəzi arenaya dönüşü AFFA-nın baş katibi Sərxan Hacıyevin istəyidir. Ötən ilin mayından bu vəzifəni tutan Hacıyev gənclər və idman naziri Fərid Qayıbovla müvafiq danışıqlar aparıb.

Daha sonra SOCAR prosesə qoşulub. Nəticədə iki dövlət qurumu arasında əldə olunmuş anlaşmaya əsasən, Respublika stadionunda genişmiqyaslı təmir başlayıb.

Gənclər və İdman Nazirliyinin, o cümlədən, dövlət neft şirkətinin dəstəyi ilə ümumi dəyəri 1 milyon manatı ötən yenidənqurma layihəsi icra olunmaqdadır.

Ümumiyyətlə, millinin tək Avstriya ilə deyil, seçmə mərhələnin digər ev qarşılaşmaları da «Tofiq Bəhramov»da düzənlənəcək.

Sərxan Hacıyev ölkənin əsas komandasını sözügedən məkana qaytarmaqla, həm də azarkeş marağını nəzərə alıb.

Bura şəhərin mərkəzi sayıldığından, gözlənilir ki, yığma «Dalğa Arena»dakından fərqli olaraq, dolu tribunalar önündə meydana çıxacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti