Azərbaycan millisi bu dəfə Portuqaliyaya məğlub oldu

29 İyun 2023 01:50 Milli komanda 1 922
Azərbaycan millisi bu dəfə Portuqaliyaya məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, A qrupundakı ilk matçında Polşaya 2:7 hesabı ilə məğlub olan yığma bu dəfə Portuqaliyaya uduzub – 2:5.

Halbuki görüşdə hesabı 6-cı dəqiqədə Orxan Məmmədov açıb. Üstünlüyünü qoruya bilməyən milli meydanı məğlub tərk edib.

Yığmanın heyətində ikinci topa da 31-ci dəqiqədə Orxan Məmmədov imza atıb.

Azərbaycan qrupda son oyununu iyunun 29-da İspaniya kollektivinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO