Tanınmış azərbaycanlı baş məşqçi rayon komandasının sükanı arxasında

22 İyul 2023 01:10 Milli komanda 1 403
Tanınmış azərbaycanlı baş məşqçi rayon komandasının sükanı arxasında

"İmişli"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, birinci liqa klubu Əsgər Abdullayevə tapşırılıb.

Komandanın sükanı arxasında Ruhid Usubovu əvəzləyən mütəxəssis üçün təqdimat və imzalanma tədbiri keçirilib.

Təqdimatdan sonra rayon və klub rəhbərliyi yeni baş məşqçiyə uğurlar arzu edib.

Abdullayev uzun illər öncə əsas və gənclərdən ibarət yığmaları çalışdırıb. Həmçinin «Şəfa», «Bakı», «Olimpik», «Turan» və «Neftçi»də işləyib.

Onun son iş yeri «Araz Naxçıvan» olub. İki il öncə Muxtar Respublika təmsilçisindən ayrılan Abdullayev AFFA Məşqçilər Komitəsində yer almışdı.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO