Çimərlik futbolu üzrə Azərbaycankomandası dünya çempionatının seçmə mərhələsinin qrup qarşılaşmalarında bu gün son oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, yığmamız “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq oyunda İtaliya yığması ilə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.
Avtoqolun qeydə alındığı oyunda komandamızın digər qolunu Ramil Əliyev vurub.
Millimiz bu gün 3-16-cı yerlər uğrunda matçda Litva ilə qarşılaşacaq. Görüş 20:00-da başlayacaq.
Qrupun digər oyununda Moldova Estoniyaya 6:2 hesabı ilə qalib gəlib.
Komandamız ilk matçında Moldovaya 2:3, ikinci görüşündə Estoniyaya 4:7 hesabı ilə uduzub.

