RƏSMİ: “Mets”in yetirməsi Premyer Liqamızda çıxış edəcək - VİDEO

8 İyul 2023 01:50 Milli komanda 1 322
RƏSMİ: “Mets”in yetirməsi Premyer Liqamızda çıxış edəcək - VİDEO

"Sabah" Lüksemburq millisinin və "Vorskla"nın (Ukrayna) futbolçusu Vinsent Tilli transfer etdiyini rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalandığı bildirilib.

V.Tilli Fransanın “Mets” klubunun yetirməsidir.

O, karyerası ərzində bu klubun əsas və əvəzedici komandasında (2016-2018), həmçinin Fransanın “Pau” (2018-2019), “Orleans” (2019-2020), Portuqaliyanın “Nasional” (2020-2021) klublarında çıxış edib.

2021-ci ildə Ukraynanın “Vorskla” klubuna transfer edilən futbolçu, son iki mövsümdə icarə əsasında İsveçin “Örebro” (2022) və AİK (2022-2023) klublarında oynayıb.

Lüksemburq millisinin də üzvü olan Till, yığma komandanın heyətində 48 oyun keçirib, 3 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti