“Millinin ifşa videosuna harda baxa bilərik” – Yığmamızı suallarla “boğdular”

30 İyun 2023 23:00 Milli komanda 971
“Millinin ifşa videosuna harda baxa bilərik” – Yığmamızı suallarla “boğdular”

Artıq 10 gündür Avropanın gözü Polşadadır.

48 ölkədən 6857 atletin mübarizə apardığı 3-cü Avropa oyunlarında Azərbaycan idmançıları da iştirak edir.

Çimərlik futbolunda mübarizə aparan komandalar arasında Azərbaycan millisi də var ki, seçməmiz yer aldığı A qrupundakı oyunlarını başa vurub.

İlk dueldə meydan sahibi Polşaya 2:7 hesabı ilə uduzan təmsilçimiz, növbəti qarşılaşmada Portuqaliyaya boyun əyib – 2:5.

İspaniya ilə sonuncu oyun bizimkilərin 1:7 hesablı məğlubiyyəti ilə sonuclanıb.

Azərbaycan millisinin ardıcıl yenilgiləri azərbaycanlı idmansevərlərin kəskin narazılığına səbəb olub. Sosial şəbəkə istifadəçilərinin sual dolu şərhləri diqqət çəkib:

“Ora çimməyə getmişdiz, yoxsa futbol oynamağa?”

“Qarpız-pendirlə girmişdiz oyuna?”

“2:7 nədir? Polşa Levandovskini gətirmişdi oyuna?”

“O gün dənizdə 07 ilə avtoşluq edən qapıçınız idi?”

“Millinin işfa videosuna harda baxa bilərik?”

“Polşadakı tanışlardan öyrəndim. Qapıçımız qumda batıbmış”.

“Yəqin dənizin qırağında pivədən içiblər, oynamaq yaddan çıxıb”.

“Bunlar otun üstündə oynaya bilmir, o ki qalmışdı qumda”.

“Otda alınmır, qumda da alınmadı. Suyun altında yoxlayın, məncə, orda alınacaq”.

“Ulduzlarımız Portuqaliyaya 2 qol vurub e. Daha nə istəyirsiz?”

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti