“Onu Azərbaycan millisində oynadan bir qrup işbazdır" - VİDEO

24 İyun 2023 17:40 Milli komanda 2 621
“Onu Azərbaycan millisində oynadan bir qrup işbazdır" - VİDEO

“Höccət Haqverdi ilə bağlı durumu baş katib də bilir, amma heç nə etmir”.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

Tanınmış telejurnalist ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Neftçi”nin milliləşdirilmiş legioneri Höccət Haqverdidən danışıb.

O bildirib ki, iranlı müdafiəçi bir qrup “işbaz”ın vasitəsilə Azərbaycan yığmasının formasını geyinir.

Abbasov baş məşqçi Canni De Byazinin həmin şəxslərin diktəsi ilə Höccəti daim əsas heyətdə oynatdığını söyləyib.

Ekspert deyib ki, AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məımmədova yaxın olan “işbazlar” ölkənin bir nömrəli komandasını “bazar”a çevirib və yeni baş katib Sərxan Hacıyev də bundan məlumatlıdır, lakin addım atmır”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti