Baş katib De Byazinin gözlənilən istefasına “Sportinfo”da REAKSİYA VERDİ: "Səbrli olun..."

22 İyun 2023 19:40 Milli komanda 1 973
Baş katib De Byazinin gözlənilən istefasına “Sportinfo”da REAKSİYA VERDİ: "Səbrli olun..."

Avro-2024-ün seçmə mərhələsində qərarlaşdığımız qrupun çətinliyi hamımıza ilk başdan agah idi. Amma böyük ümid vardı ki, millimiz heç olmasa Estoniya yığmasın Bakıdan məğlub yola salacaq.

Lakin futbolçularımız kiçik təsəllini də azarkeşlərimizə çox gördü. Yalnız ikinci hissədə Anton Krivatsyukun vurduğu qolla məğlubiyyətdən qaça bildik – 1:1.

Görüşdən sonra ehtimal etmək olardı ki, baş məşqçi istefa verməsə də, ən azı fanatlardan, rəsmilərdən nəticəyə görə üzr istəyəcək.

Canni De Byazi isə heç nə olmayıbmış kimi mətbuat önündə nağıllar danışmağa davam etdi. Gah meşədən danışdı, gah da dağdan. Sonda da utanmadan “Özüm istefa verməyəcəyəm, buradayam, işimi davam etdirirəm. Məni ancaq qovsalar gedəcəyəm” – deyə fikir səsləndirdi.

Təbii ki, qıcıq doğuran açıqlama əksəriyyətin qəzəblənməsinə səbəb oldu.

Maraqlıdır, görəsən, heç olmasa bundan sonra AFFA rəsmiləri italiyalı mütəxəssisi qovmaq barədə düşünürmü?

Sualımıza cavab olaraq federasiyanın baş katibi Sərxan Hacıyev bunları dedi:

“Bu sual mənim səlahiyyətlərimi bir qədər aşan sualdı. Bu məsələ İcraiyyə Komitəsində (İK) müzakirə olunacaq. Hər bir oyundan sonra AFFA rəhbərliyinə, İK-nın üzvlərinə hesabatlar təqdim olunur. Əlbəttə, həmin hesabatlar əsasında qərarlar çıxarılır. Bu qərarlar hamısı İK-a tərəfindən verilir. Ona görə daha yaxşı olar ki, bir qədər səbrli olub İK-nın iclaslarını gözləyək".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti