Azərbaycan I səbətdə yer alacaq - Dünya çempionatında

20 İyun 2023 09:40 Milli komanda 955
Azərbaycan I səbətdə yer alacaq - Dünya çempionatında

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras el-Xayma şəhərində keçiriləcək dünya çempionatının püşkatma mərasimində birinci səbətdə yer alacaq.

Sportinfo.az xəbər verir ki, bu gün baş tutacaq tədbirdə son Avropa çempionu olan Elşad Quliyevin kollektivi ən güclülər sırasında qərarlaşacaq.

1-ci səbət: Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Rumıniya, Çexiya, Braziliya, Macarıstan, Azərbaycan, Slovakiya;
2-ci səbət: Ukrayna, Serbiya, Qazaxıstan, Qvatemala, Bolqarıstan, ABŞ, Fransa, Tunis;
3-cü səbət: Qana, Liviya, İngiltərə, Misir, Monteneqro, Gürcüstan, İsrail, İspaniya;
4-cü səbət: Livan, İraq, Tailand, Yaponiya, Hindistan, Albaniya, İrlandiya, Portuqaliya;

Dünya çempionatının püşkü Bakı vaxtı ilə saat 18:00-da atılacaq. Mundial oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti