Orxan Məmmədov milliyə görə məyusdur: "Futbol böyük yanaşma tələb edir"

19 İyun 2023 09:00 Milli komanda 930
Orxan Məmmədov milliyə görə məyusdur: "Futbol böyük yanaşma tələb edir"

"Zirə"nin və Azərbaycan Minifutbol Federasiyasının fəxri-prezidenti Orxan Məmmədov futbol üzrə millininj Avro-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirdiyi oyunu (1:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, bu gün minifutbol üzrə ölkə çempionatının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında yığmamızdan qələbə qazana bilməməsinin hər kəsi məyus etdiyini qeyd edib:

"Milli komandamızın nəticəsi hamımızı məyus etdi. Çünki millidən həm azarkeşlər, həm də biz - futbol adamları qələbə gözləyirdik.

Amma futbol böyük yanaşma tələb edir. Son mövsüm çempionatımız çox gərgin keçdi.

Həm Avroliqaya vəsiqə uğrunda, həm də Premyer Liqada qalmaq uğrunda maraqlı mübarizə izlədik.

İnanırıq ki, gələcəkdə millimiz uğurlu nəticələr qazanacaq. Ən azı qrupda 2-ci yer uğrunda mübarizə apara biləcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti