Azərbaycan komandası Avro-2024-ün seçmə mərhələsinin 3-cü turunda Bakıda Estoniya ilə 1:1 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, millimizin müdafiəçisi Bəhlul Mustafazadə 2 xal itirdiklərini bildirib:
"Oyun gözlədiyimiz kimi çətin keçdi. Rəqib heç də zəif deyildi.
Estoniya millisinə xeyli standart vəziyyət verdik. Rəqib də bundan yararlandı.
Sona qədər mübarizə apardıq. Düşünürəm ki, 2 xal itirdik.
Yaxaladığımız şansları dəyərləndirsəydik, nəticə fərqli olardı. İmkanlarımızı boşa verdik.
Qələbəyə layiq idik. Təəssüf ki, 3 xal qazanmaq alınmadı".

