"Utanmasan, oynamağa nə var ki, utanmazlar!" – Gözünüz bu VİDEODA OLSUN!

18 İyun 2023 14:00 Milli komanda 1 125
"Utanmasan, oynamağa nə var ki, utanmazlar!" – Gözünüz bu VİDEODA OLSUN!

Millimiz Avro 2024-ün seçmə mərhələsi çərçivəsində F qrupundakı 3-cü sınağında Estoniyanı qəbul etdi.

Görüş 1:1 başa çatdı.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, komandamız yenə uğursuz ənənəsinə sadiq qaldı:

"Zatən yığmamızın Canni De Byazinin rəhbərliyi altında qalib gəlməsi təəccüblə qarşılanardı. Bu, necə oyun planıdır, anlayışıdır…

Təsəvvür edin, üçüncü zonada daha çox ehtiyac duyulan futbolçular ancaq müdafiə olunmada iştirak edirdi.

Topa sahib olmada, ikinci zonada daha çox qısa ötürmələrə üstünlük verilməklə, rəqibi üzərinə çəkməklə, cinahlara uzun ötürməklə rəqibi narahat etmək lazım idi.

Bütün bunların əvəzinə, estonlar istədikləri çatdılar. Üç ötürməylə qapımız qarşısında təhlükəli epizodlar yaşadırdılar.

Rəqib cinahlardan ötürmələrdə daha sayıq davranırdı. Mərkəzdən təşkil edilən hücumlarda daha effektli olduğumuzu sezmək çoxmu çətindir?

Buna dərin analitik təfəkkürmü gərəkirdi ? Allah eşqinə, bu nə müdafiə olunmadır?

Biri bunun bizə cavabını versin! Məşqçilər korpusu rəqibi analiz edibmi?

Analizlər olubsa da, çox zəifdir. Belə olan halda, italiyalıya nə ehtiyac var?

De Byazi, sənin bu ölkənin millisi üçün nə kimi dvidentlərin var? Mərdəkan hava limanına daha yaxındır. Lütfən, bileti alınsın, yola salınsın".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti