Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv F qrupundakı 3-cü sınağında Estoniyanı qəbul edəcək.
"Dalğa Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı çexiyalı FIFA referisi Andrey Berka idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.
17 iyun
20:00. Azərbaycan - Estoniya 1:1
Qollar: Anton Krivotsyuk, 62 - Martin Miller, 26
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Elvin Camalov, Emin Mahmudov (k), Mahir Emreli, Renat Dadaşov, Ramil Şeydayev
Ehtiyat oyunçular: Emil Balayev, Yusif İmanov, Amin Seydiyev, Azər Əliyev, Namik Ələskərov, Qismət Alıyev, Rüstəm Əhmədzadə, Toral Bayramov, Anton Krivotsyuk, Filip Ozobiç, Emil Səfərov, Musa Qurbanlı
Estoniya: Hein, Kuusk, Lukka, Kait, Peetson, Anri Anier, Vassilyev (k), Sappinen, Miller, Mets, Sinyavskiy
Ehtiyat oyunçular: İqonen, Vallner, Şein, Tunyov, Sorqa, Vetkal, Oyamaa, Lilander, Reinkort, Poom, Baranov, Teniste
Baş hakim: Andrey Berka
Bakı, "Dalğa Arena"
Xal durumu: Avstriya - 6. Belçika - 3. Belçika - 3 (1 oyuna). İsveç - 3. Estoniya - 0 (1 oyuna). Azərbaycan - 0.

