Estoniya deyib keçməyin – “Arsenal”, “Roma”, “Sankt Pauli”, SPAL...

17 İyun 2023 19:40 Milli komanda 1 345
Estoniya deyib keçməyin – “Arsenal”, “Roma”, “Sankt Pauli”, SPAL...

Azərbaycan millisi növbəti oyuna hazırlaşır.

AÇ-2024-ün seçmə mərhələsinə iki ardıcıl yenilgi ilə başlayıb, Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri bu gün üçüncü oyuna çıxacaq.

Ölkəmizin bir nömrəli futbol komandası Bakıda Estoniya ilə qarşılaşacaq.

Rəqibin adı ilk baxışdan qorxulu görünməsə də, ehtiyatlanmaq üçün kifayət qədər əsas var.

Düzdür, Mart Poom, Andres Oper, Dmitri Kruqlov kimi tanınmışlar yığma karyerasını başa vurub. Ancaq onların boşluğunu doldurmağa çalışanlar da kifayət qədər təhlükəli adlardır.

Bir fakta nəzər salaq.

Azərbaycan və Belarusla oyunlar üçün açıqlanmış siyahıda yer alan futbolçulardan 12-si legioner həyatı yaşayır.

21 yaşlı Karl Yokob Heyn İngiltərə nəhəngi “Arsenal”ın futbolçusudur.

22 yaşlı Georgi Tunyov İtaliyanın köklü klublarından sayılan SPAL-ın sıralarındadır.

Estoniya millisində debüt şansını gözləyən 19 yaşlı Martin Vetkal başa çatan mövsümdə İtaliya nəhəngi “Roma”nın U-19 komandasının heyətində 23 oyunda meydana çıxıb.

Yığmada 85 oyun keçirmiş Karol Mets Almaniyanın ikinci Bundesliqasında mübarizə aparan “Sankt Pauli”nin şərəfini qoruyur.

20 yaşı iyulda tamam olacaq Roko Robert Şeyn başa çatan mövsümdə Niderland Eredeviziyasında yarışan “Utrext”in sıralarında olub və 5 oyunda iştirak edib.

Siyahı bununla tamamlanmır. Estoniya millisinin heyətində Bakıya səfər edəcək futbolçuların arasında “Podbeskidzie” (Polşa), “Rapid” (Rumıniya), “Slovaçko” (Slovakiya), “Stal” (Polşa), “Şemrok Rovers” (İrlandiya), “Lokomotiv Plovdiv” (Bolqarıstan), “Pünik”in (Ermənistan) üzvləri də var.

Odur ki, Estoniya deyib keçməsin. Çətin olacaq, çox çətin.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti