Azərbaycan millisi növbəti sınaq qarşısındadır.
AÇ-2024-ün seçmə mərhələsinə iki ardıcıl yenilgi ilə başlayıb,
Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri üçüncü oyuna çıxacaq.
İyunun 17-dəki rəqibin adı Estoniyadır.
Rəqibin adı ölkə futbol ictimaiyyətində narahatlıq yaratmasa da, 1996-cı ildən bu yana olan statistik göstərici ürəkaçan deyil.
Azərbaycan yığması son 27 ildə bu rəqiblə 8 dəfə üz-üzə gəlib və cəmi 1 oyunda qələbəyə sevinib.
Ümumi göstəriciyə nəzər salaq:
16.021996 Azərbaycan – Estoniya 0:0
01.03.1997 Estoniya Azərbaycan 2:0
05.06.1997 Estoniya – Azərbaycan 1:0
16.05.1998 Estoniya – Azərbaycan 0:0
28.11.1998 Azərbaycan – Estoniya 2:1
06.03.1999 Azərbaycan – Estoniya 2:2
03.07.2002 Estoniya – Azərbaycan 0:0
16.11.2013 Estoniya – Azərbaycan 2:1
Tarixlərdən və rəqəmlərdən də göründüyü kimi, millilər arasındakı oyunlar uzaq keçmişə təsadüf edib.
Azərbaycan futbolundakı inqilabdan, yəni, futbola maliyyə axını başlayandan sonra cəmi 1 dəfə üz-üzə gəlmişik ki, 2013-cü ildə estonlar qalib gəlib.
Ümumi göstərici belədir: 1 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət. Top fərqi 5-8 rəqibin xeyrinədir.
İnanaq və ümid edək ki, Canni de Byazinin rəhbərlik etdiyi milli 25 ildən sonra Estoniyanı məğlub etməyi bacaracaq.
HƏBİB / SPORTİNFO.AZ

