Estoniyanın iki futbolçusu bu axşam Bakıda meydana çıxmayacaq

17 İyun 2023 13:20 Milli komanda 850
Estoniyanın iki futbolçusu bu axşam Bakıda meydana çıxmayacaq

Estoniya yığmasının iki futbolçusu AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Tomas Heberli müdafiəçiləri yekun “23-lük”dən kənarda saxlayıb.

Bunlar mərkəz müdafiəçisi Conas Tamm və sağ cinah oyunçusu Edqar Turdur. Adıçəkilən futbolçular “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləyəcəklər.

Bu gün keçiriləcək oyun saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO