Azərbaycan millisi sabah AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Komandamız yarışın ilk ev qarşılaşmasında Estoniyanı qəbul edəcək.
Səfərdə keçirilən qarşılaşmalarda Avstriyaya 1:4, İsveçə 0:5 hesabıyla uduzan yığmamız növbəti görüşün hazırlığını Mərdəkanda yerləşən bazada tamamlayıb.
Futbolçuların son məşqdən öncə çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

