"Azərbaycan komandasının zəif cəhətlərini öyrənmişik, hazırıq"

16 İyun 2023 22:40 Milli komanda 657
"Azərbaycan komandasının zəif cəhətlərini öyrənmişik, hazırıq"

“Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu Estoniya yığmasının futbolçusu Henri Anier Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

33 yaşlı hücumçu iyunun 17-də “Dalğa Arena”da baş tutacaq görüşə qələbə üçün çıxacaqlarını bildirib:

“İlk gündən hər şey yaxşıdır. Əhval-ruhiyyəmiz qaydasındadır. Çətin oyun olacaq. Ancaq məqsədimiz uğurlu nəticə ilə buradan ayrılmaqdır”.

O, matça iki istiqamətdə hazırlaşdıqlarını söyləyib:

“İlk istiqamət öz oyun planımızdır. Həmçinin rəqibi təhlil etmişik, zəif cəhətlərini öyrənmişik. Azərbaycan yığması güclü komandadır.

Buna baxmayaraq, yaranacaq boşluqlardan yararlanmağa çalışacağıq. Millinin bir çox oyunçuları yoxdur.

Buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Birgə çalışmalı, ölkəmizi yaxşı təmsil etməliyik.

Sabah göstərməliyik ki, həm qol vura, həm də qələbə qazana bilirik. Düşünürəm ki, oyuna hazırıq, özümüzü yaxşı hiss edirik.

Səbirsizliklə matçı gözləyirik. Həm mən, həm də bütün komanda hazırdır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Azərbaycan - Estoniya oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti