Mahir Emreli şikayətləndi: "Ağır oldu"

16 İyun 2023 12:40 Milli komanda 1 192
Mahir Emreli şikayətləndi: "Ağır oldu"

"Karyera baxımından ağır mövsüm keçirdim”.

bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

26 yaşlı hücumçu görüşün baş tutacağı “Dalğa Arena”dakı tədbirdə meydana qələbə üçün çıxacaqlarını bildirib:

“Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son görüşdəki nəticədən sonra bura daha yaxşı əhvali-ruhiyyədə gəldim

. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəm.

Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”.

İyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO