“Arsenal”ın qapıçısı Bakıya “hava”lı gəlir

15 İyun 2023 11:00 Milli komanda 3 106
“Arsenal”ın qapıçısı Bakıya “hava”lı gəlir

“Azərbaycana qələbə üçün gedirik, qalib gəlməliyik”.

bunu Estoniyanın futbolçusu Karl Yakob Heyn AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

İngiltərənin “Arsenal” klubunun 21 yaşlı qapıçısı iyunun 17-də Bakıda baş tutacaq qarşılaşmaya hazır olduqlarını söyləyib:

“Milli komandanın oyunları həmişə böyük önəm kəsb edir. Ölkəni təmsil etmək hər zaman gözəl hissdir.

Qarşıdakı oyunlar əvvəlkilər kimi çətin olacaq. Lakin komanda buna hazırdır və hər iki görüşdən xallar almaq istəyirik”.

İyunun 17-də “Dalğa Arena”da Azərbaycan millisinin qonağı olacaq Estoniya yığması bundan üç gün sonra Belçikanı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti