Almaniya klubunun müdafiəçisi “Qarabağ”ı misal çəkdi

15 İyun 2023 03:00 Milli komanda 3 848
Almaniya klubunun müdafiəçisi “Qarabağ”ı misal çəkdi

Estoniyanın müdafiəçisi Karol Mets AVRO-2024-ün F qrupunun seçmə mərhələsində Azərbaycan yığması ilə Bakıda keçiriləcək oyun (17 iyun) haqda fikirlərini bildirib.

Sportinfo.az “Sport.ee” portalına istinadən xəbər verir ki, "Sankt-Pauli"nin 30 yaşlı müdafiəçisi ötən mövsüm ÇL-in təsnifat mərhələsinin "Qarabağ" - "Sürix" görüşünü xatırlayıb:

"Bakıda bizi çətin oyun gözləyir. Keçən il orada “Sürix”in heyətində Çempionlar Liqasında yerli “Qarabağ”a qarşı oynamışdım.

Bizi çətin rəqib gözləyir, üstəlik, evdə daha yaxşı oynayırlar. Şübhəsiz ki, Azərbaycan səfər oyununda xal qazanmaq üçün asan yer deyil.

Amma biz bütün ev matçlarında da, Azərbaycanla oyunlarda da xal qazana bilirik. Bu matçlarda maksimum xal toplaya bilərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti