"Hansısa həmkarım "Napoli"də işləməkdən qorxur və ya klub prezidenti Aurelio De Laurentisin təklifini qəbul etməyə tərəddüd edirsə, dərhal peşəsini dəyişsin".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bəzi həmkarlarının İtaliyada "Napoli"nin sükanı arxasına keçməkdən qorxmaları barədə danışarkən deyib.
67 yaşlı mütəxəssis bildirib ki, bu komandanı çalışdırmaq hər məşqçinin arzusu olmalıdır:
"Müəyyən təzyiqləri nəzərə almasaq, "Napoli"də işləmək gözəldir".
Canni De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.

