Çexiyadan Bakıya kimlər gəlir? – Millimizin oyununa

14 İyun 2023 13:20 Milli komanda 852
Çexiyadan Bakıya kimlər gəlir? – Millimizin oyununa

Bakıda Azərbaycan və Estoniya komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu üçün təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Andrey Berkaya laynsmanlar qismində İvo Nadvornik və Kamil Hayek yardımçı olacaq. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO