Üç futbolçu millinin düşərgəsini tərk etdi

14 İyun 2023 02:20 Milli komanda 988
Üç futbolçu millinin düşərgəsini tərk etdi

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının heyətində dəyişikliklər olub.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, Sadiq Məmmədzadə (“Səbail”), Ayxan Qocayev (“Sumqayıt”) və Həmzəalı Mikayılov (“Sabah”) millinin düşərgəsini tərk ediblər.

Onların əvəzinə Davud Şabanov (“Zaqatala”), Okan Təhməzli (“Qəbələ”) və Nihad Cabbarov (“Sabah”) heyətə cəlb ediliblər.

Millimiz hazırlıq çərçivəsində iyunun 16-da gürcüstanlı, 20-də isə belaruslu yaşıdları ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti