Azərbaycan millisinin heyətindən çıxarılacaq - Bolqar klubunun yeni transferi

14 İyun 2023 00:50 Milli komanda 784
Azərbaycan millisinin heyətindən çıxarılacaq - Bolqar klubunun yeni transferi

Hazırda Azərbaycan milli komandasının düşərgəsində olan Cəlal Hüseynov 21 yaşadək futbolçulardan ibarət yığmanın heyətinə qoşulacaq.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi iyunun 14-dən etibarən Samir Əliyevin baş məşqçi olduğu komandanın tərkibində yer alacaq.

Hüseynov ötən gün Bolqarıstanın "Arda" klubu ilə 3 illik müqavilə imzalayıb.

Azərbaycan U-21 millisi iyunun 17-də İstanbulda Türkiyə, iyunun 20-də isə “Dalğa Arena”da Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO