Şəxsi problemi çıxdı, millyə gəlmədi, digər 7 oyunçu isə...

13 İyun 2023 23:00 Milli komanda 823
Şəxsi problemi çıxdı, millyə gəlmədi, digər 7 oyunçu isə...

Estoniya millisinin 8 futbolçusu Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bunlar Yoonas Tam, Sergey Zenyov, Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq və Markus Soometsdir.

Müdafiəçi olan Tamm şəxsi səbəblərə görə komandanın düşərgəsinə qoşulmayıb. Digər 7 oyunçu isə zədə səbəbindən yığmaya kömək edə bilməyəcək.

İyunun 17-də Bakıda Azərbaycan millisinin qonağı olacaq Estoniya seçməsi 3 gün sonra evdə Belçikanı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti