"Evdəki bütün qarşılaşmalarda və Azərbaycan millisi ilə matçlarda xallar qazana bilərik".
Sportinfo.az xəbər verir ki, bunu Estoniyanın futbolçusu Karol Mets Bakıda Azərbaycan komandasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl "Sport.err.ee" saytına müsahibəsində deyib.
Almaniyanın "Sankt-Pauli" klubunda çıxış edən 30 yaşlı müdafiəçi Bakıdakı qarşılaşmanın çətin olacağını söyləyib:
"Hələlik bütün diqqətimizi ilk oyuna yönəltmişik. Ötən il "Sürix"in (İsveçrə) heyətində Çempionlar Liqasının təsnifat mərhələsinin oyunu üçün Bakıda idim.
Onlar evdə daha güclüdürlər. Səfərdə tamamilə fərqli görünürlər".
İyunun 17-də Bakıda Azərbaycan komandasının qonağı olacaq Estoniya seçməsi üç gün sonra Belçikanı qəbul edəcək.

