Xaricdə doğulan 4 azərbaycanlı millimizə gəlməkdən İMTİNA ETDİ!

12 İyun 2023 15:00 Milli komanda 2 184
Xaricdə doğulan 4 azərbaycanlı millimizə gəlməkdən İMTİNA ETDİ!

Ölkə xaricində doğulan və özünə karyera qurmağa hazırlaşan 4 gənc azərbaycanlı futbolçu AFFA-dan aldığı təklifi geri çevirib.

Söhbət Rusiya, Ukrayna, Almaniya və Gürcüstanda yaşayan həmyerlilərimizdən gedir.

Əsli-kökü bura tamamilə bağlı oyunçular U-19 yığmasında forma geyinməkdən imtina edib. Onlar buna səbəb kimi pasportu bəhanə gətiriblər.

Federasiyanın danışıqlar apardığı gənclər bildiriblər ki, Azərbaycan vətəndaşlığı olsalar, gərək çıxış etdikləri ölkənin pasportunu geri qaytarsınlar, bu halda isə legioner sayılacaqlar. Azərbaycan konstitutsiyası ikili vətəndaşlığa icazə vermədiyindən,

AFFA-nın soydaşlarımızı milliyə ghətirmək cəhdləri nəticəsiz qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti