"Azərbaycan millisində 2 gözəl il keçirdim - Məni müqavilə yox, layihə maraqlandırır”

9 İyun 2023 19:20 Milli komanda 1 214
"Azərbaycan millisində 2 gözəl il keçirdim - Məni müqavilə yox, layihə maraqlandırır”

"Azərbaycan millisində iki gözəl il keçirdim".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin sabiq köməkçisi Benito Karbone "The Sun" nəşrinə açıqlamasında deyib.

Hazırda ölkəsinin "Paviya" klubuna başçılıq edən italiyalı mütəxəssis İngiltərədə komanda axtardığını bildirib:

"Orada məşqçilik etmək mənim arzumdur. Uzun müddətdir, bu xəyalımı gerçəkləşdirmək istəyirəm.

Agentlərimlə birlikdə mənim ümün ən yaxşısını tapmağa çalışırıq. Məni müqavilə yox, layihənin özü maraqlandırır. Bunun hansı liqa olmasının heç bir əhəmiyyəti yoxdur".

Benito Karbone 2020 - 2022-ci illərdə Azərbaycan yığmasının məşqçisi vəzifəsində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO