“Hər dəfə deyirlər ki, azərbaycanlı məşqçi də gəlsə, millidə heç nə dəyişən deyil. Qoy, iki tsikl də yerilər işləsin”.
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində AFFA-nın millilərlə bağlı kadr siyasətini kəskin tənqid edib.
Tanınmış teleşərhçi bildirib ki, federasiya uzun illərdir əcnəbilərə qucaq açdığı halda, yerli mütəxəssislərə bir dəfə şans vermir:
“Demirsiz, heç nə dəyişməyəcək? Mən razı. İmkan verin, iki seçmə mərhələdə onlar işləsin, görək də.
Niyə Elmar Baxşıyev və Tərlan Əhmədov millidə işləməsin? Mən bir çox adamların adlarını çəkə bilərəm.
Daha Qurban Qurbanov kimi 10 aydan sonra yola salınan yox… Necə bu əcnəbilərə hər mənada dəstək vermirsiz, nə olar, iki seçmə mərhələdə də azərbaycanlılara şans verin, onlara dəstək olun.
Bu, Elxan Məmmədovdan qalmış “ənənə”dir. Aşağı yaş qrupları üzrə yığmalarda həmişə eyni adamlar çalışıb.
Niyə həmişə Arif Əsədov? Millidə son illərdə iş praktikası olan məşqçilərə yer verilməlidir”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

