“Azərbaycan millisinin bir çox oyunçusu “Qarabağ”da çıxış edir, amma biz buna hazırıq”

8 İyun 2023 02:40 Milli komanda 978
“Azərbaycan millisinin bir çox oyunçusu “Qarabağ”da çıxış edir, amma biz buna hazırıq”

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Estoniyanın baş məşqçisi Tomas Heberli açıqlama verib.

Sportinfo.az xəbər verir ki, isveçrəli mütəxəssis millimizi güclü rəqib adlandırıb:

"Çətin rəqib olan Azərbaycanla səfərdə qarşılaşacağıq. Onların heyəti əsasən yerli çempionatda oynayan futbolçulardan ibarətdir.

Lakin ölkənin ən yaxşı klubu "Qarabağ" Avropada əla mövsüm keçirdi. Azərbaycan millisinin bir çox oyunçusu məhz bu klubda çıxış edir.

Onların inanılmaz keyfiyyəti var, amma biz buna hazırıq”.

Azərbaycan - Estoniya qarşılaşması 17 iyun tarixində "Dalğa Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"