Ramil Şeydayev yeni klubu ilə 2 illik müqavilə imzaladı

6 İyun 2023 02:40 Milli komanda 1 930
Ramil Şeydayev yeni klubu ilə 2 illik müqavilə imzaladı

Azərbaycan millisinin üzvü Ramil Şeydayev artıq rəsmi olaraq "Buriram Yunayted"in futbolçusudur.

Sportinfo.az xəbər verir ki, forvard Tayland klubu ilə müqavilə imzalamaq üçün bu ölkəyə yollanmışdı.

Artıq tərəflər arasında iki illik müqavilə imzalanıb.

Amma o, milli komandamızın AÇ-2024-ün Estoniya ilə görüşü üçün Bakıya qayıdıb.

İyunun sonlarında isə 27 yaşlı futbolçu "Buriram Yunayted"in hazırlığı üçün Taylanda yollanacaq və komandasının düşərgəsinə qoşulacaq.

"Zenit" yetirməsi olan Ramil "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah" klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO