COP29

Azərbaycan millisi ilk oyunda Türkiyəyə yenildi

3 İyun 2023 02:50 Milli komanda 424
Azərbaycan millisi ilk oyunda Türkiyəyə yenildi

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan komandası ilk yoldaşlıq oyununu keçirib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Su İdman Sarayının çimərlik meydançasında Türkiyə millisinə qarşı oyun 6:5 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Emin Həsənzadə və Hüseyn Axundovun dubl etdiyi oyunda millimizin digər qolunu Elçin Qasımov vurub. Bu komandalar arasında növbəti oyun iyunun 3-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"