Azərbaycan millisinin baş məşqçisi yenə ayrılıqdan danışdı: "Çox əsəbiləşirəm"

1 İyun 14:00 Milli komanda 496
Azərbaycan millisinin baş məşqçisi yenə ayrılıqdan danışdı: "Çox əsəbiləşirəm"

"Yanvarda iş yerimi dəyişə bilərdim".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "ilrestodelcarlino.it" saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, müqaviləsindəki öhdəliklərə hörmət etdiyi üçün yığmada qalmağa üstünlük verib:

"Bu, mənim əsas prinsipimdir və sonadək də belə qalacaq".

67 yaşlı çalışdırıcı Azərbaycanda Albaniya seçməsində qazandığı uğurları təkrarlamaq istədiyini, amma fərqli vəziyyətlə üzləşdiyini söyləyib:

"Mən nəticə üçün yaşayıram. Ona görə də tez-tez uduzanda çox əsəbiləşirəm. Tezliklə Estoniya ilə qarşılaşacağıq. Yaxşı nəticə qazanacağımıza əminəm".

Canni De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinin sükanı arxasındadır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu