“Azərbaycanda 3 il çalışdım, heç bir irəliləyiş görmədim”

1 İyun 00:40 Milli komanda 2 614
“Azərbaycanda 3 il çalışdım, heç bir irəliləyiş görmədim”

“Azərbaycanda çalışdığım üç il ərzində heç bir irəliləyiş görmədim”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki “24sata.hr” saytına müsahibəsində deyib.

54 yaşlı mütəxəssis yığmada çalışdığı vaxt burada yaşadığını xatırladıb:

“Orada üç il məşqçi kimi işləmək maraqlı təcrübə idi. Sələflərimdən fərqli olaraq, ailəmlə birlikdə orada yaşayırdım.

Halbuki məndən əvvəlkilər oyunlardan cəmi iki həftə əvvəl gəlirdilər. Norveçi məğlub etdik, Çexiya və Xorvatiyaya uduzmadıq, yaxşı çıxış etdik”.

Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu