"Azərbaycan millisinin ilk iki yer uğrunda mübarizə aparmaq keyfiyyəti yoxdur"

25 May 2023 09:20 Milli komanda 513
"Azərbaycan millisinin ilk iki yer uğrunda mübarizə aparmaq keyfiyyəti yoxdur"

Avstriyada AVRO-2024-ün seçmə mərhələsində F qrupunda yer alan komandalarının perspektivləri müzakirə edilərkən Azərbaycanın çıxışına toxunulub.

Sportinfo.az xəbər verir ki, “12terMann” portalı millimiz haqda bunları yazıb:

"Avstriya millisi seçmə mərhələyə yaxşı başlasa da, onların hələ çox işi var, çünki əsas məqsəd Avropa çempionatına çıxmaqdır.

Seçmə mərhələdə Avstriya millisi üçün uğurlu çıxış böyük əhəmiyyət kəsb edir. Böyük ehtimalla, ikinci yer uğrunda mübarizə İsveç və Avstriya arasında gedəcək.

Sürprizlər olmasa, qrup favoriti Belçika asanlıqla lider kimi təsnifat mərhələsini başa vuracaq.

Estoniya və Azərbaycan millilərinin ilk iki yer uğrunda mübarizə aparmaq üçün kifayət qədər keyfiyyəti yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti