“Azərbaycan millisində oynayacağımı istisna etmirəm”

25 May 00:30 Milli komanda 817
“Azərbaycan millisində oynayacağımı istisna etmirəm”

Hazırda “Ximki”də (Rusiya) çıxış edən Ayaz Quliyev idman vətəndaşlığını Azərbaycan vətəndaşlığına dəyişə biləcəyini etiraf edib.

Sportinfo.az xəbər verir ki, o, bu haqda “Matç TV”-yə müsahibəsində bildirib.

“Ola bilər ki, tezliklə bu keçidi müzakirə edək. İstənilən halda, karyera millidə yox, klub fəaliyyəti üzərində qurulur.

Mümkün keçidimi (Azərbaycan millisinə – red.) istisna etmirəm, lakin bu, mövcud vəziyyətimə görə deyil. Bu barədə çoxdan danışılır.

Amma görsəm ki, legioner olmaq Rusiya Premyer Liqasında (RPL) oynamağım üçün çətinlik yaradacaq, bu, başqa məsələ olacaq”.

AFFA bir neçə ildir Ayaz Quliyevlə danışıqlar aparır. 26 yaşlı yarımmüdafiəçi Rusiyanın gənclər millisində çıxış edib. Bu mövsüm o, RPL-də 18 oyun keçirib və qol vura bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu