AFFA-nın əcaib qərarı hamıda narazılıq yaratdı: “İndidən yola çıxaq, bəlkə...”

21 May 2023 20:40 Milli komanda 2 434
AFFA-nın əcaib qərarı hamıda narazılıq yaratdı: “İndidən yola çıxaq, bəlkə...”

AÇ-2024-ə uğursuz start verərək Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzan Azərbaycan seçməsi növbəti sınaq qarşısındadır.

Canni de Byazinin komandası iyunun 17-də Estoniyanı qonaq edəcək.

Bakıda baş tutacaq qarşılaşmanın “Dalğa Arena”da keçirilməsi planlaşdırılıb ki, AFFA-nın sosial media səhifələrində bilet satışı ilə bağlı elan yrləşdirilib.

Anonsla tanış olanlar oyunun paytaxtdan uzaq Mərdəkanda keçirilməsinə görə AFFA-nı qınayıb, məlum qərarın heç bir məntiqə sığmadığını qeyd edib.

Etiraz dolu şərhlərin müəyyən qismini təqdim edirik:

“Çox yaxşı olardı ki, matç başqa arenada keçirilsin. Ora gedib-gəlmək problemdir”.

“Hörmətli AFFA! Oyunları şəhərdən çox uzaq olan stadionlarda keçirirsiz, sonra da şikayətlənirsiz ki, azarkeş gəlmir. Gəlməz də. Həmin vaxt “Dalğa Arena”ya getmək bir problemdir, qayıtmaq iki problem. Ora nəinki marşrut, heç taksilər də işləmir. Hamının maşını yoxdur ki, rahat gedib-qayıda”.

“Estoniyadakı oyuna getmək daha rahat olardı, nəinki “Dalğa Arena”ya”.

“Bu qədər stadion ola-ola, nəyə görə millinin oyunları “Dalğa Arena”da keçirilir?”

“Görün neynirsiz. Bileti də 20 manat edin. Onsuz da, camaat ora getmir oyuna baxmağa”.

“Oyuna 30 gün var. İndidən yola çıxaq, bəlkə iyunun 17-nə “Dalğa Arena”ya çatarıq”.

“Yer tapmadız oynamağa?”

İyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya qarşılaşması saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti