Millimizdə oynadığına görə onu qınayanlara cavab verdi

8 Aprel 16:40 Milli komanda 3 691
Millimizdə oynadığına görə onu qınayanlara cavab verdi

“Hər insanın fikir səsləndirmək imkanı var. Kimsə onlara qadağa qoya bilməz”.

“Neftçi”nin futbolçusu Filip Ozobiç Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin formasını geyinməsi ilə bağlı deyilənlərə münasibət bildirib.

İllər öncə ölkəmizin bir nömrəli futbol komandasının az qala yarısı milliləşdirilmiş futbolçulardan təşkil olunurdu. Son dönəmlərdə say nisbətən azalsa da, belələrinə rast gəlmək mümkündür.

Yığmanın Monqolustan və Bolqarıstanla yoldaşlıq görüşlərindən sonra futbol mütəxəssisləri 33 yaşlı Ozobiçdənsə, azərbaycanlı oyunçulara şans verilməsinin vacibliyini qabartdı.

2016-cı ildən ölkəmizdə top qovan yarımmüdafiəçi insanların narazılığına bu cür cavab verib:

“Bu, baş məşqçiyə aid məsələdir. Kim hazırdırsa, dəvət göndərir. Fikrimcə, milliyə kimin nə dərəcədə faydalı olacağını yığmanın baş məşqçisi daha yaxşı bilir.

İndiyə qədər milli formasında meydana çıxdığım oyunlarda ən yaxşısını etməyə çalışmışam, bacardığımın 100 faizini etmişəm. Oynamasaydım, yəqin ki, çağırmazdılar”.

2021-ci ildən Azərbaycan yığmasına dəcət alan Filip Ozobiç bu müddətdə meydana çıxdığı 15 oyunda 1 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU