
Azərbaycan komandası Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinin pley-off mərhələsində Fransa yığması ilə qarşılaşıb.
Sporinfol.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv rəqibinin 3:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinala adlayan komandamız bu gün saat 20:00-da yenidən Serbiya yığması ilə qarşılaşacaq.
Azarkeşləri millini dəstəkləməyə çağırırıq.
Oyunlar Bakı Tennis Akademiyasında keçirilir. Final oyunu mayın 6-da olacaq.