Çexiya 4:1-lə yarımfinalda - “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri

5 May 2023 15:20 Milli komanda 495
Çexiya 4:1-lə yarımfinalda - “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində ikinci yarımfinal cütlüyü müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, pley-off mərhələsində keçirilən Çexiya – Ukrayna matçının ardından son yarımfinalçı da bilinib.

Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan çexiyalılar mübarizəni davam etdiriblər. Adıçəkilən komanda axşam saatlarında finala vəsiqə uğrunda Qazaxıstanla üz-üzə gələcək.

Turnirin digər yarımfinal görüşündə Azərbaycan və Serbiya milliləri qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti