“İşinə ciddi yanaşmadı, qovduq” – Baş məşqçidən QALMAQALLI AÇIQLAMA!

1 May 2023 20:40 Milli komanda 2 705
“İşinə ciddi yanaşmadı, qovduq” – Baş məşqçidən QALMAQALLI AÇIQLAMA!

“Qaradağ Lökbatan”da oyun alğı-satqısından söhbət gedə bilməz.

Futbolçuların işə yaşanmasında səhlənkarlıq ola bilər, buna bir söz demirəm. Lakin bu, kiminsə oyun satmasına demək deyil”.

“Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Həşimov Sportinfo.az-a açıqlamasında saytımızda dərc olunan xəbərə münasibət bildirib.

Adları ağır ittihamda hallanan Sabir Allahquliyevlə Ruslan Voronsovun məşqlərə buraxılmaması sözügedən futbolçular haqda dedi-qoduların yaranmasına səbəb olub.

Əldə etdiyimiz bilgiyə görə, adı oyun “alver”ində hallanan Sabirlə Ruslan baş məşqçi səlahiyyətlərini icra edən Füzuli Məmmədovun tapşırığı ilə məşqlərdən kənar qalmaqla yanaşı, maaş üzünə də həsrət qalıb.

Qısası, Birinci Divizion təmsilçisində vəziyyətin ürəkaçan olmadığı deyilir.

Lökbatan təmsilçisinin faktiki baş məşqçisi Həşimov deyilənləri yaxına buraxmayaraq, futbolçular haqda söylənilənləri şayiə adlandırıb:

“Sabiq Allahquliyev işinə ciddi yanaşmadığına görə komandadan qovulub. Ruslan Voronsov haqda yazılanlar da həqiqəti əks etdirmir. Ruslan Füzuli Məmmədova su butulkası atmayıb.

Həmin iclas martın 17-də baş tutub və o vaxt komandanın baş məşqçisi mən olmuşam, Füzuli Məmmədov yox.

Komandanı məşqə və oyuna çıxarmışam, iclaslar keçirmişəm. Qışdan sonra komanda mənim sərəncamımda olub.

Deməyim odur ki, komandamız haqda bu cür yazıların dərc olunması xoşagələn gəl deyil.

Mayın 4-də “Araz Naxçıvan”la vacib oyunumuz var. İstəmirəm ki, matçdan əvvəl bu cür söz-söhbətlər ortaya çıxsın”.

“Qaradağ Lökbatan” 25 oyundan sonra topladığı 37 xalla 15 komanda arasında 8-ci pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti