"Təklif aldığım zaman cəmi 2-3 gün düşünmüşdüm, dərhal başa düşdüm ki…"

27 Aprel 2023 00:30 Milli komanda 432
"Təklif aldığım zaman cəmi 2-3 gün düşünmüşdüm, dərhal başa düşdüm ki…"

“Avropa çempionatına vəsiqə qazanacağımıza yüz faiz əminəm”.

Sportinfo.az xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik yerli mətbuata açıqlamasında deyib.

65 yaşlı mütəxəssis F qrupunda keçirdikləri ilk iki görüşdən razılıq bildirib:

“Əla komandamız var. Bunu Azərbaycan və Estoniya ilə matçlarda bir daha nümayiş etdirdik.

Ötən il Avstriya Futbol Assosiasiyasından təklif aldığım zaman cəmi 2-3 gün düşünmüşdüm. Dərhal başa düşdüm ki, burada işləmək həyəcanlı ola bilər və bu kollektivlə böyük iş görmək mümkündür.

İndi məqsəd seçmə mərhələdə uğurlu startın davamını gətirməkdir. Komandamızın yüksəlişdə olması və zəngin heyət bunu bacaracağımızın xəbərçisidir”.

Avstriya seçmə mərhələdəki ilk oyunlarında öz meydanında Azərbaycanı 4:1, Estoniyanı isə 2:1 hesabı ilə məğlub edib.

Ralf Ranqnikin kollektivi növbəti matçını iyunun 17-də səfərdə Belçikaya qarşı keçirəcək. Azərbaycan yığması isə həmin gün Estoniyanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"