Türkiyə klubunun futbolçusu millimizin ilkin iştirak ərizəsində

26 Aprel 2023 11:20 Milli komanda 571
Türkiyə klubunun futbolçusu millimizin ilkin iştirak ərizəsində

Albaniyanın paytaxtı Tiranada təşkil ediləcək UEFA İnkişaf turnirinə qatılacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığma bu məqsədlə Bakıda təlim-məşq toplanışı başlayıb.

UEFA İnkişaf turniri mayın 1-dən 7-dək keçiriləcək. Hazırlıq mərhələsi aprelin 29-dək davam edəcək.

UEFA İnkişaf turnirində iştirak edəcək yekun heyət toplanışından sonra müəyyənləşəcək.

U-17-nin heyəti: Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hamısı “Sumqayıt”), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə (hamısı “Neftçi”), Hikmət Cəbrayilzadə, Amid Qasımov (hər ikisi “Qarabağ”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Firudin Kişiyev (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə), İslam İsmayilzadə (“Səbail”), Ümid Səlimov (“Şamaxı”).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"