
AFFA-nın baş katibi millinin baş məşqçisi Canni De Byazidən danışıb.
Sportinfo.az xəbər verir ki, federasiyanın idarəçisi 2020-ci ilin ikinci yarısından ölkəmizdə çalışan 65 yaşlı italyalı ilə razılaşmaya dair əsas məqamı açıqlayıb.
Qeyd edib ki, müqavilə uzadılan zaman onun qarşısına konkret hədəf qoyulmayıb:
"Həmin vaxt komandamız ardıcıl 3 qələbə qazanmışdı. Əsas məqsəd komandanın belə bir tendesiyanı davam etdirməsi idi".