
"İnanmıram ki, dünyada hansısa bir məşqçi komandası 1:4, 0:5 uduzduqdan sonra oyunu "əla" kimi qiymətləndirsin".
Sportinfo.az xəbər verir ki, bu sözlər AFFA-nın baş katibi Sərxan Hacıyevə məxsusdur.
O, millimizin baş məşqçisi Canni de Byazinin AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesablı məğlubiyyətlərdən sonra komandanın oyununu əla qiymətləndirməsinə münasibət bildirib:
"Əlbəttə ki, həmin məsələdə kontekstdən çıxarılmış bir məqam var idi. Canni de Byazi "Komanda ilk qola kimi yaxşı oynadı" - deyə fikirlərini ifadə edib".