Azərbaycan millisi Şimali Makedoniyaya üstün gəldi

19 Aprel 2023 01:20 Milli komanda 300
Azərbaycan millisi Şimali Makedoniyaya üstün gəldi

Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb.

Komandamızın qolunu 35-ci dəqiqədə Həsən Nəzərli vurub.

Bu komandalar arasında növbəti oyun aprelin 20-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti