“Azərbaycan üzərində qələbə bizi həvəsləndirdi”

14 Aprel 2023 13:20 Milli komanda 294
“Azərbaycan üzərində qələbə bizi həvəsləndirdi”

“Azərbaycan və Estoniya üzərində qələbə bizi həvəsləndirdi”.

Sportinfo.az xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Kevin Danso AVRO-2024-ün seçmə mərhələsinin ilk iki turunda keçirdikləri oyunlarla bağlı danışarkən deyib.

Azərbaycanı 4:1, Estoniyanı isə 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmaları əvəz edilmədən keçirən 25 yaşlı müdafiəçi artıq final mərhələsi barədə düşündüklərini bildirib:

“Komandamızda olan keyfiyyəti bilirəm. Seçmə mərhələdə qrupu birinci pillədə bitirmək istəyirik. Əminəm ki, bunu bacaracağıq. İlk qələbələr də bizə bu yolda əlavə motivasiya verdi”.

Avstriya yığması F qrupunda növbəti oyununu iyunun 17-də səfərdə Belçikaya qarşı keçirəcək. Azərbaycan millisi həmin gün Estoniyanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı